İKT

“Apple” uşaqlarda smartfon asılılığı ilə mübarizəyə çağırıldı
10 YANVAR
214

“Apple” uşaqlarda smartfon asılılığı ilə mübarizəyə çağırıldı

2018-01-10 09:17:00

“Apple”ın iki investoru - “Jana Partners” və “Teachers' Retirement System” şirkətləri korporasiyanı uşaqların smartfon asılılığına qarşı mübarizə üsulu tapmağa çağırıb.

Fins.az xəbər verir ki, bu barədə şirkətlərin “Apple” rəhbərliyinə ünvanladığı açıq məktubda deyilir.

Sərmayədarlar uşaqların inkişafı üzrə mütəxəssislərdən ibarət xüsusi Şura yaradılmasını da məqsədəuyğun sayırlar. Onlar “Apple”ı tədqiqatçılara lazımi informasiyaları təqdim etməyə çağırıblar.   

Daha bir təşəbbüs valideynlərin uşaqlara daha yaxşı nəzarət edə bilməsi məqsədilə “iPhone”lara valideynlər üçün əlavə opsiyaların daxil edilməsidir.

Hələlik “Apple”ın bu çağırışa reaksiyası məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253