İKT

2018-ci ilin TEXNOLOGİYALARI
05 YANVAR
294

2018-ci ilin TEXNOLOGİYALARI

2018-01-05 10:53:00
Həyatımızda mühüm rol oynayan texnologiya dünyası sürətlə inkişaf edir. Ötən ildə bir çox yeni texnologiyalarla tanış olduq və istifadə etdik. İndi isə sizə 2018-ci ildə populyarlaşacaq texnologiyaları təqdim edirik.

“Ağıllı köməkçilər”

2018-ci ildə ən geniş yayılacaq texnologiyalardan biri ağıllı ev köməkçiləridir. Bu simsiz texnologiyada siz internet vasitəsilə və yaxud telefonunuzla evinizdə olan televizorunuzu, kondisionerinizi və s. əşyalarınızı uzaqdan idarə edəcək, həmçinin səsinizlə bank ödənişlərinizi həyata keçirə biləcəksiniz.

Üztanıma texnologiyası

“Touch İD” texnologiyası yerini “Face İD” ilə əvəz edəcək. Bu yeni texnologiya klassik kamera ilə hazırlanmış üztanıma sistemlərindən daha effektiv və təhlükəsiz olacaq. İnfraqırmızı işıqdan və qabaqcıl sensorlardan enerji alan sistemdən 2018-ci ildə geniş yararlanacağıq. Artıq “Apple” şirkəti bu sistemlə işləyən “İphone X” modelini satışa çıxarmışdır.

Telefonlarda süni zəka

Süni zəka istifadəçilərin davranışlarını analiz edəcək, ehtiyaclarını öncədən görəcək və aradan qaldıracaqdır. Məsələn, telefonunuzun kamerasını açdıqda çəkəcəyiniz görüntünü əvvəlcədən tanıyacaq və ona uyğun parametrləri avtomatik olaraq özü nizamlayacaq.

Simsiz bağlantılar

Xüsusilə 2018-ci ildə simsiz texnologiya geniş yayılacaq. Telefonların batareyalarını doldurarkən, musiqi dinləyərkən, məlumatların ötürülməsi zamanı və s. vaxtlarda artıq kabellərdən istifadə edilməyəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251