İKT

Azərbaycanda yayımlanan telekanalların siyahısına yeni TV-lər daxil edilib - SİYAHI
05 DEKABR 2017
487

Azərbaycanda yayımlanan telekanalların siyahısına yeni TV-lər daxil edilib - SİYAHI

2017-12-05 12:15:00

Azərbaycanda kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanalların siyahısına yeni TV-lər əlavə edilib.

Fins.az xəbərinə görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) müvafiq qərarı ilə, Belarusun “Belarus 24”, Azərbaycanın “Muz TV” və “Dalğa” telekanalları kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanalların siyahısına əlavə olunub.

Qeyd edək ki, bir müddət əvvəl MTRŞ-da “Muz TV Azərbaycan” MMC və “Dalğa” TV-yə peyk yayımı üçün lisenziya verilməsi barədə qərar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256