İKT

“Subaylar günü”ndə “Alibaba” 25 milyard dollar qazandı
13 NOYABR
156

“Subaylar günü”ndə “Alibaba” 25 milyard dollar qazandı

2017-11-13 14:28:00

Noyabrın 11-də Çində böyük həvəslə qeyd edilən “Subaylar günü”ndə tanınmış “Alibaba” şirkəti 25 milyard dollar dəyərində məhsul satışını həyata keçirib.

Hər il noyabrın 11-də Çində “Subaylar günü” qeyd edilir. Həmin gün bütün gün ərzində populyar mağazalarda alış-verişlə müşayiət edilir.

Bu il “Subaylar günü”ndə “Alibaba” şirkətinin əldə etdiyi gəlirləri ötən ilki ilə müqayisədə 39 faiz artıb. Tanımış internet şirkətinin nümayəndələrinin sözlərinə görə, serverin maksimal yüklənməsi anında bir saniyədə 256 min tranzaksiya emal edilib. İlk üç  dəqiqə ərzində Çinin “Alibaba” şirkətinin ümumi satışlarının həcmi 1,5 milyard ABŞ dolları təşkil edib.

11 noyabr Çində ən populyar gündür. Ancaq “Alibaba” rəhbərliyi bu cür aksiyaları adi bayramdan daha böyük etmək niyyətindədir. Bir çox mütəxəssislərin fikrincə, bu cür ideyalar öz tərəfdaşlarını tapacaq və müəssisə külli miqdarda dollar qazana biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291