İKT

Trampın “Twitter” səhifəsi silindi
03 NOYABR
179

Trampın “Twitter” səhifəsi silindi

2017-11-03 11:05:00

Noyabrın 2-də ABŞ prezidenti Donald Trampın “Twtter” səhifəsində problem yaranıb.

Fins.az-ın xəbərinə görə, istifadəçilər müəyyən müddət səhifəyə daxil ola bilməyiblər. Bu vəziyyət 11 dəqiqə davam edib və sonra səhifə bərpa olunub.

Şirkətdən deyiblər ki, prezidentin səhifəsi “Twitter” əməkdaşlarından birinin qəsdən olmayan səhvi ucbatından deaktiv edilib. “Bu gün @realdonaldtrump akkauntu əməkdaşımızın yanlışlığı ilə əlaqədar 11 dəqiqə müddətində deaktiv olub, sonra isə bərpa edilib. Biz araşdırma aparırıq və bu cür hadisələrin qarşısının alınması üçün tədbir görürük”, - deyə “Twitter”in açıqlamasında bildirilir.

Qeyd edək ki, D. Trampın səhifəsinə daxil olanlar “Bağışlayın, bu səhifə mövcud deyil” cümləsi ilə qarşılaşıb. 3 noyabra olan məlumata əsasən D. Trampın səhifəsində 36 mindən çox paylaşım edilib. Səhifənin 41,7 milyon izləyicisi var.

Hələlik prezident hadisəyə münasibət bildirməyib.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287