İKT

Whatsapp-dan YENILIK
15 SENTYABR
400

Whatsapp-dan YENILIK

2017-09-15 10:27:00

Mesajlaşma platformasında milyonlarla insanın rəğbətini qazanan Vatsap proqramı daha bir yeniliyə imza atıb.

Fins.az xəbər verir ki, artıq Vatsap səhvən göndərilən mesajların tamamilə silinməsini təmin edəcək.

Bu funksiyadan əvvəl Vatsap səhv göndərilən mesajların 5 dəqiqə müddətində geri alınmasını əlavə etmişdi. Lakin indi istənilmədən və ya səhvən atılan mesajlar zaman limiti olmadan geri götürülə biləcək. Bu funksiya mesajların ikitərəfli silinməsini təmin edəcək.

Bu funksiya android tipli cihazlardan başqa, veb versiyalarda da işləyəcək.

Bu yenilik artıq “Android” və “iOS” cihazlarında testdən keçirilməyə başlanıb. Göndərilən mesajlar qarşı tərəf onu oxuyana kimi silinəcək. Bundan sonra isə hər iki tərəfə “bu mesaj silinib” xəbərdarlığı gələcək.

Bütün bu yeniliklərlə yanaşı, Vatsap istifadəçilərinin daha bir probleminii həll edib. Belə ki, bundan sonra eynən Feysbuk proqramındakı kimi, göndərdiyiniz mesajların nə zaman oxunduğundan xəbərdar olacaqsınız. Bunun üçün göndərilən mesajın üstünə basmaq və təklif edilən məlumat xanasını seçmək lazım gələcək. Beləliklə, mesajın oxunduğunu işarə edən mavi qoşa xəttin nə zaman düşdüyünü öyrənəcəksiniz.

©Publika

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285