İKT

Süni intellekt sayəsində 800 min iş yeri bağlanıb
12 SENTYABR
119

Süni intellekt sayəsində 800 min iş yeri bağlanıb

2017-09-12 09:46:00

Bu gün əksər insanlar süni intellektin inkişafı ilə işlərini itirəcəyi qorxsunu yaşayır.

Ekspertlər də bununla bağlı proqnoz verir ki, süni intellekt texnologiyası bir çox sahələrdə insan əməyini üstələyəcək.

Mövzuya texnologiya dünyasında da birmənalı yanaşma yoxdur. Belə ki, bəziləri  bu texnologiyanın inkişafı nəticəsində insan əməyinin daha da vacib olduğu yeni iş yerləri yaranacaq, bəziləri isə bu texnologiyanın gördüyü işin keyfiyyətsiz olacağını iddia edir. Qeyd edilir ki, süni intellekin inkişafı müsbət hal olsa da, onun gördüyü iş insan əməyi kimi effektli olmaycaq.

Lakin görünür, bu sahə hələ çox inkişaf edəcək. Bizim gözləntilərimizdən də çox sahəni əhatə edəcək.

Fins.az məlumat verir ki, Birləşmiş Krallıqda aparılan bir araşdırmaya görə, süni intellekt sahəsində daha az işçi qüvvəsi tələb edən 800 min iş yeri aradan qaldırılıb.

Bunun əvəzinə isə hər il orta illik əmək haqqı 13 min dollar olan 3,5 milyon yeni iş yeri yaradılıb. Yəni, texnik cəhətdən ləğv olunanların yerinə daha yaxşı iş yerləri yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294