İKT

Daha bir parkda pulsuz "Wi-Fi" işə salındı
18 AVQUST 2017
429

Daha bir parkda pulsuz "Wi-Fi" işə salındı

2017-08-18 14:24:00

"Bakı Telefon Rabitəsi” MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini Hüseyn Cavid parkınadək genişləndirib.

Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, Qış parkı, Zabitlər, Sahil, Axundov, Sabir və Xaqani bağları daxildir.

Yaxın zamanlarda pulsuz "Wi-Fi" "Dədə Qoqrud" parkında da işə salınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267