İKT

Rusiya ictimai nəqliyyatda süni intellekt tətbiq edəcək
09 AVQUST
120

Rusiya ictimai nəqliyyatda süni intellekt tətbiq edəcək

2017-08-09 18:36:00

Rusiyanın baş naziri Dmitri Medvedev müavini Arkadi Dvorkoviçə ictimai nəqliyyatda və yük avtomobillərində süni intellekt sisteminin quraşdırılması məsələsini işləyib hazırlamağı tapşırıb.

“RİA Novosti”dən verilən məlumata görə, məqsəd yol hərəkətində təhlükəsizliyi gücləndirməkdir.

İctimai nəqliyyatda süni intellektin tətbiqi Milli Texnoloji Təşəbbüsün “AvtoNet” proqramı çərçivəsində reallaşacaq. Bu proqram Rusiyada tam və qismən pilotsuz avtonəqliyyat vasitələrinin inkişafına yönəlib.

Hazırda Rusiyada pilotsuz avtonəqliyyat bazarı formalaşmayıb, avtonəqliyyat vasitələrinin qismən avtonomluğunu təmin edən bazar isə formalaşma ərəfəsindədir.

©Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+32°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288