İKT

Kinoteatrlarda tamaşaçıların reaksiyasını qeydə alan proqram yaradıldı
02 AVQUST
145

Kinoteatrlarda tamaşaçıların reaksiyasını qeydə alan proqram yaradıldı

2017-08-02 10:01:00

“Disney” şirkəti kinoteatrlara gələn tamaşaçıların emosiyalarını qeydə almaq üçün xüsusi proqram təminatı işləyib hazırlayıb.

Fins.az-ın xəbərinə görə, şirkət bu məqsədlə 4 xüsusi kameradan, eləcə də sifət və emosiyaları tanıyan funksiyadan yararlanacaq. Bunlar seansın başlamasından sonra bir neçə dəqiqə ərzində tamaşaçıların reaksiyasını qeydə alacaq. Bu material insanların filmin süjet xəttinə uyğun hisslər keçirib-keçirmədiyini müəyyənləşdirməyə imkan verəcək. Alqoritmlər təbəssüm, gülüş, nəfəsalma, hətta qəmli sifəti tanımağa qadirdir.

Layihə artıq 150 kino zalında 3 min tamaşaçı üzərində sınaqdan çıxarılıb. Ümumilikdə kameralar 16 milyon emosiyanı tutub.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296