İKT

Robotlar bazarı 230 milyard dollara çatacaq – PROQNOZ
14 İYUL
269

Robotlar bazarı 230 milyard dollara çatacaq – PROQNOZ

2017-07-14 15:59:00

2022-ci ildə robot bazarının 237 milyard dollara çatacağını düşünən “Tractica” şirkətinin ardınca İDC şirkəti də bu sahədə öz proqnozlarını açıqlayıb. 
Fins.az-ın məlumatına görə, İDC mütəxəssislərinin fikrincə, cari ildə uçan pilotsuz aparatlar, həmçinin müvafiq aparat təminatı, proqram təminatı və xidmətlər də daxil olmaqla, robot satışları 97,2 milyard dollara çatacaq. Bu, 2016-cı ilin göstəriciləri ilə müqayisədə 17,9 faiz çoxdur. 
İDC şirkətində gözləyirlər ki, yaxın illərdə robot bazarı daha tez böyüyəcək. Daha dəqiq desək, gözlənilir ki, 2021-ci ildə orta illik artım 22,8 faiz təşkil edəcək. Əgər bu proqnoz özünü doğrultsa, qeyd edilən müddətin sonuna bu bazar pul nisbətində 230,7 milyard dollara çatacaq. 

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9856
  • ₽ RUB
    0.0286