İKT

Bu şirkət bir ayda 1 milyon ədəd smartfon satdı
13 İYUL
571

Bu şirkət bir ayda 1 milyon ədəd smartfon satdı

2017-07-13 16:15:00

Çinin “Huawei” korporasiyasının nümayəndələri bildiriblər ki, satışa başlanılan andan şirkət 1 milyon ədəd “Honor 9” smartfon modelinin satışına nail ola bilib. 
Fins.az-ın məlumatına görə, qeyd etmək lazımdır ki, bu statistika ancaq Çin bazarı ilə bağlıdır. Çünki bu smartfon hələlik yalnız Çində satışa çıxarılıb. 
Mütəxəssislər yeni cihazın digər ölkələrdə uğurla yayılacağını proqnozlaşdırırlar. 
Xatırladaq ki, “Honor 9” smartfonu 4 və 6 Gb əməliyyat yaddaşı və olduqca yaxşı işləmə gücünü nümayiş etdirən “Kirin 960” prosessoru ilə təklif edilir. Təbii ki, bu prosessor “Qualcomm” şirkətinin istehsal etdiyi prosessorlardan geri qalır. Həmçinin smartfonda 20 və 12 meqapiksel genişlənməyə malik iki kamera mövcuddur. Rusiya bazarında “Honor 9” modeli 27 min rubl, 451 dollar və ya 759 manat olaraq qiymətləndirilir.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285