İKT

“Google” daha məktubları oxumayacaq
07 İYUL
406

“Google” daha məktubları oxumayacaq

2017-07-07 15:56:00

“Google” korporasiyası “Gmail” elektron poçt servisindən istifadə edənlərin məktublarını “oxumağı” dayandıracaq.

Fins.az xəbər verir ki, bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.

Bundan əvvəl “Google” hədəflənmiş reklam üçün bu təcrübədən istifadə edib. Yenilik 2017-ci ilin sonuna kimi tətbiq ediləcək. Elektron məktubların oxunması dayandırıldıqdan sonra hədəflənmiş reklam istifadəçilərin sazlaması və axtarış sorğuları əsasında göstəriləcək. Korporativ müştərilər üçün nəzərdə tutulmuş “G Suite” ödənişli versiyası bu prinsip üzrə işləyir.

Korporasiya nümayəndələri qeyd edirlər ki, onun poçt xidmətlərinin müştəriləri öz məlumatlarının məxfiliyinə əmin ola bilərlər.

“Gmail” servisinin auditoriyası 1,2 milyard nəfərdən çoxdur, “G Suite” servisindən isə 3 milyondan çox şirkət istifadə edir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7017
  • € EUR
    1.9590
  • ₽ RUB
    0.0288