İKT

Avropa İttifaqında mobil rouminq ləğv edildi
16 İYUN
330

Avropa İttifaqında mobil rouminq ləğv edildi

2017-06-16 09:59:00

Avropa İttifaqı ərazisində mobil rouminqin ləğvi barədə qərar iyunun 15-dən etibarən qüvvəyə minib. 

Fins.az-ın xəbərinə görə, bundan sonra hər hansı üzv ölkənin vətəndaşları başqa üzv ölkənin ərazisində əlavə ödəniş etmədən, öz ölkələrində olduğu kimi, mobil xidmətlərdən yararlanacaqlar. 

“Avropa İttifaqı insanları birləşdirir və onların həyatını daha da asanlaşdırır. Rouminq yığımlarına son qoyulması Avropanın əsl uğur hekayəsidir. Bundan belə, Aİ daxilində səyahət edən vətəndaşlar öz mobil cihazları vasitəsilə ölkələrindəki qiymətlərlə danışa, yaza və digər mobil xidmətlərdən yararlana biləcəklər. Rouminq ödənişinin ləğvi Aİ-nin ən böyük və hissedilən uğurlarından biridir”, - deyə Avropa Komissiyasının bəyanatında bildirilir. 

Xatırladaq ki, Avropa Parlamenti aprelin 6-da pulsuz rouminqlə bağlı qərar qəbul edib. Aprelin 25-də Aİ Şurası tərəfindən bu qərar təsdiqlənib.

Mənbə: Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0010
  • ₽ RUB
    0.0295