İKT

Samsung yeni nəsil ATM yaradır – KARTSIZ BANKOMATLAR
14 İYUN
195

Samsung yeni nəsil ATM yaradır – KARTSIZ BANKOMATLAR

2017-06-14 10:41:00

Bankomat avadanlıqlarının istehsalı üzrə dünya lideri Diebold Nixdorf şirkəti və Koreyanın texnoloji nəhəngi Samsung müasir mobil texnologiyaların və özünəxidmət kanallarının inteqrasiyasının bankomatdan pul çıxaran zaman müştəri təcrübəsinin və təhlükəsizlik sisteminin təkmilləşməsinə necə təsir edəcəyini nümayiş etdirmək istəyir.

İnnovativ tranzaksiyalar Samsung SDS Nexsign – FIDO – biometrik identifikasiya platforması  əsasında həyata keçirilir. Onun köməkliyi ilə ödəniş kartından və PİN-koddan istifadə etmədən, yalnızca üzün tanınması texnologiyasının köməkliyi ilə bankomatdan bir neçə saniyə ərzində pul çıxarmaq mümkündür. Bununla belə, təhlükəsizliyə zəmanət verilir.

Müştərilərin maksimum rahatlığını təmin etmək üçün innovativ texnologiya nağd pulların çıxarılmasını mobil bank tətbiqetməsi vasitəsilə əvvəlcədən planlaşdırmaq imkanı da verir. Müştəriyə daha sonradan bankomata yaxınlaşaraq öz Samsung Galaxy S8 smartfonunu bankomatda olan NFC-readerə yaxınlaşdırmaq, tranzaksiyanı təsdiq etmək lazımdır və müştəri identifikasiya haqqında bildiriş əldə edəcək. Müştərinin şəxsiyyəti üzün tanınması sistemi ilə təsdiq edildikdən sonra bankomat nağd pulları təqdim edəcək.

Bu yeniliyin yaradıcıları iddia edirlər ki, prosedur bankomatdan adi qaydada pul çıxarmaqdan ikiqat daha az vaxt tələb edir. Gələcəkdə texnologiya iOS və Android əsaslı cihazlar üçün də əlçatan olacaq.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287