İKT

Bu videolar "Facebook"dan silinəcək
29 DEKABR 2016
355

Bu videolar "Facebook"dan silinəcək

2016-12-29 08:50:00

Səsyazma studiyaları "Facebook" sosial şəbəkəsindən müəllif hüquqlarını fəal şəkildə qorumağı tələb edirlər.

"Report" "Financial Times" nəşrinə istinadən xəbər verir ki, böyük səsyazma studiyaları sosial şəbəkədən istifadəçilər tərəfindən yüklənən və tərkibində müəllif hüquqları qorunan materiallar olan videoları silməyə çağırıb.

Nəşrin məlumatına görə, "Facebook" hazırda müəllif hüquqları qorunan kontentin izlənməsi texnologiyası üzərində işləyir.

Texnologiya öz təsdiqini tapan kimi, səsyazma studiyaları ilə "Facebook" arasında lisenziya sazişinin imzalanması üzrə müzakirələr aparılacaq.

  Mənbə Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296