İKT

"Nar"dan "Bakcell"ə satılmaq xəbərinə cavab
24 NOYABR
619

"Nar"dan "Bakcell"ə satılmaq xəbərinə cavab

2016-11-24 10:47:00

Xəbər verdiyimiz kimi, Azərbaycanın mobil rabitə operatoru Bakcell MMC-nin digər operator “Azerfon” MMC-ni ("Nar") satın alması barədə xəbərlər yayılıb. Fins.azın bununla bağlı sorğusuna “Azerfon” MMC mətbuat xidmətindən cavab verilib. 

Şirkətdən bildiriblər ki, məlumatı şərh etməyəcəklər:

“Bu məlumat şayiədir və biz şayiələrə heç bir şərh vermirik. O ki qaldı cari vəziyyətə, “Azerfon” və “Bakcell” şirkətləri müstəqil fəaliyyət göstərir və öz xidmətlərini abunəçilərinə təqdim edirlər". 

Eləcə də bax: “Azerfon” və “Bakcell” müştərək çalışır”- AÇIQLAMA

 

Şirkətdən deyiblər ki, qənaət məqsədilə "Nar" və "Bakcell" şirkətləri baza stansiyalarını birləşdirib. 

"Qlobal tendensiyalar və bir çox ölkələrin təcrübəsinə uyğun olaraq, hər iki operator baza stansiyalarının müştərək istismarı və müvafiq texniki xidmətlərin inteqrasiyası vasitəsilə xidmətlərinin keyfiyyətinin daha da artırılması istiqamətində çalışırlar. Qlobal səviyyədə müşahidə olunan iqtisadi resessiya şəraitində və abunəçilərinin daha yaxşı xidmətlərdən yararlanması üçün mobil operatorlar öz fəaliyyətlərində davamlı təkmilləşdirməni təmin etmək məqsədilə yeni modellər tətbiq edirlər.  Bu proses nəticəsində hər iki mobil operator öz abunəçilərini yüksək keyfiyyətli xidmətlərlə təmin etmək üçün şəbəkənin daha da gücləndirilməsi istiqamətindəki işləri davam etdirəcək”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275