İKT

Yeni cihazların köməkliyi ilə hava limanlarında çantalar itməyəcək
08 NOYABR
196

Yeni cihazların köməkliyi ilə hava limanlarında çantalar itməyəcək

2016-11-08 11:48:00

Artıq bundan sonra çantalar hava limanlarında itməyəcək. Bunu  yeni texnoloji icad deməyə əsas verir. Belə ki, “TRAKDOT” adlanan cihaz  çantalarınızın itməsinin qarşısnı alacaq. Cihaz blutuz vasitəsilə smartfona qoşulur. Təyyarədə havada olduğunuz müddət cihaz yuxu rejimində olur. Avialeyner eniş etdikdən sonra isə yük çantalarınızın yeri barədə telefonunuza və ya emailnizə sms gəlir. Əgər çantanız itsə və ya səhvən başqa şəxs tərəfindən götürülsə, heç də narahat olmağa dəyməz. Çünki cihaz çantanın yeri barədə sahibinə məlumat göndərir.  Cihazın birinci ili üçün istifadə pulsuzdur. Lakin ikinci ildən etibarən hər il üçün 24.99 dollar ödənilir. Bundan başqa cihazla çantanın çəkisini də müəyyən edə bilərsiz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275