Pilot layihədə ABŞ-ın Coach, Michael Kors, Tory Burch, J.Crew, Kate Spade New York, Hollister, JackThreads, Levi's Brand, Lulus, Macy's, MVMT Watches, Target, Warby Parker, Abercrombie & Fitch, BaubleBar, Chubbies və Shopbop markaları da daxil olmaqla, 20 şirkət iştirak edir. Eksperiment uğurla nəticələndiyi halda funksiya istifadəyə veriləcək. Foto-servis vasitəsilə alış-veriş etmək üçün reklam postunun sol küncündəki "tap to view" ("baxış üçün basmaq") düyməsinin üzərinə basmaq lazımdır. Bu zaman məhsul və onun qiyməti haqqında ətraflı məlumat görünəcək. Alış-veriş etmək üçün isə "shop now" ("indi al") düyməsinə klik etmək kifayətdir.

Yaxın zamanda funksiya ABŞ ilə yanaşı, digər ölkələrdən olan istifadəçilər üçün də əlçatan olacaq.

Mənbə:Buro247.az