İKT

Nazirlik:"Huawei" şirkətinə olan şişirdilmiş borc bağlanıb
25 OKTYABR
571

Nazirlik:"Huawei" şirkətinə olan şişirdilmiş borc bağlanıb

2016-10-25 18:25:00

"Rabitə və Yüksək Texnologiyalar Nazirliyində maliyyə intizamının gücləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülüb". Fins.az-ın məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev qurumda keçirilən kollegiya iclasında çıxışı zamanı bildirib.

 Onun sözlərinə görə, əvvəlki illərdən yığılmış borclar tədiyyə edilib və onların restrukturizasiyası aparılıb: "Sözügedən proseslər nəticəsində bir sıra şişirdilmiş borclar mövcudluğu aşkar edilib, aparılan danışıqlar nəticəsində həmin borclar azaldılıb. Belə ki, "Huawei", "ZTE" və bir sıra şirkətlərlə bağlanmış müqavilələr üzrə yığılmış kreditor borclarında endirimlər edilməsi üçün aparılmış danışıqlar nəticəsində milyonlarla manat vəsaitə qənaət edilib. Görülmüş işlər nəticəsində "Huawei" şirkətinə olan köhnə borc tamamilə bağlanıb, "ZTE" şirkətinə olan borcların ödənişi isə qrafik üzrə aparılıb".

 Nazir müavini əlavə edib ki, cari ilin 9 ayı ərzində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yerli və xarici banklara olan kreditlərin qaytarılması istiqamətində müvafiq işlər aparılıb.

 "Həyata keçirilən tədbirlə nəticəsində büdcə və büdcədənkənar fondlar qarşısında öhdəliklərin vaxtında icrasına diqqət artırılıb. Ötən dövrdə dövlət büdcəsinə 44 milyon manat, Dövlət Sosial Müdafiə Fonduna isə 19 milyon manat vəsait ödənilib. Bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 48,8% və 33% çoxdur. Ötən dövrdə müəssisələrin maliyyə-təsərrüfat fəaliyyəti üzrə görülmüş işlər öz müsbət nəticəsini verib. Nağd pul vəsaitinin qalığı 12 milyon manat artaraq 24 milyon manata, debitor borcu 18 milyon manat artaraq 142 milyon manata, kreditor borcu isə 44 milyon manat azalaraq 156 milyon manata çatıb", - deyə o bildirib.

APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272