İKT

Apple Watch alan xeyli azalıb
25 OKTYABR
186

Apple Watch alan xeyli azalıb

2016-10-25 10:25:00

“Apple Watch”-un satışları III rübdə 71,6% azalıb. Fins.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə əsasən, bu “Apple”nın ağıllı saatlar bazarında lider mövqesini əldən buraxmağına təsir göstərməyib. 

2016-cı ilin III rübün nəticəsində Apple Watch-un payı 41,3% və buna satışların azalması da mane olmayıb. International Data Corporation (IDC) tədqiqat şirkətinin baş analitiki Djiteşa Urbanin dediyinə görə, satışların azalmasına hətta yeni nəsil “Apple Watch Series 2” ağıllı saatlarının satışa çıxarılması da kömək olmadı. 
“Aydın olur ki, ağıllı saatlar hal-hazırda hər kəs üçün olmayan bir məhsuldur”. 
Ümumiyyətlə, ağıllı saatlar bazarı III rübdə keçən ilin analoji müddəti ilə müqayisədə ikiqat azalıb (51,6%). Ən çox satışların azalması “Lenovo”-da (73,3%), və “Pebble”-da (54,1%) müşahidə olunub. Bununla birgə “Garmin” ağıllı saatlarının satışları III rübdə 324,2% artıb, və bu şirkətin dünya bazarının 1/5 tutmağa imkan yaradıb.
Lakin satılan ədəd sayına görə “Garmin” “Apple”dan iki dəfə geridədir – 1,1 mln Apple Watch 600 minə qarşı. Garmindən savayı bazarın top-5 liderlərindən III rübdə satışların azalmasında Samsung yaxasını qurtara bilib. Satılan 400 min saatla Koreya şirkəti dünya ağıllı saatlar bazarında üçüncü yeri tutub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275