İKT

“Facebook” satış elanlarına başladı – YENİLİK
04 OKTYABR
398

“Facebook” satış elanlarına başladı – YENİLİK

2016-10-04 14:31:00

“Facebook” sosial şəbəkəsi istifadəçilərinə yeni “Marketplace” (Bazar) xidmətini təqdim edib. Fins.az şirkətin yaydığı rəsmi məlumata istinadən xəbər verir ki, “Marketplace” müxtəlif əşyların satılması və satışda olan əşyaların axtarışı üçün ayrıca tətbiqetmədir.  Onun əsas xüsusiyyəti istifadəçiyə olduğu yerin yaxınlığına digər istifadəçilərin elanlarını axtarmaq imkanı verir.

“Facebook”un məlumatına əsasən, 450 milyondan çox insan hər ay müxtəlif əşyaların alış-veriş qruplarını ziyarət edir. “Marketplace” xidməti satış elanların yerləşdirilməsi və axtarılması prosesini asanlaşdıracaq.

Şirkətin sözlərinə görə, onlar insanlara yaşadıqları əraziyə yaxın yerlərdə müxtəlif əşyaların alış-verişinə yardımçı olmaq üçün “Marketplace” xidməti təqdim ediblər. Xidmət vasitəsi ilə siz özünüzə lazım yeni əşyaları əldə edə bilər, eyni zamanda ayrılmaq istədiyiniz əşyalar üçün yeni ev (sahib) tapa bilərsiniz.  

İstifadəçi “Marketplace” vasitəsilə satıcının yerinə, kateqoriya və qiymət baxımından müxtəlif məhsulları (malları) axtara bilər. Potensial satıcı ilə əlaqə birbaşa “Facebook Messenger” üzərindən həyata keçiriləcək.

İlk dövrdə yeni xidmətdən yalnız ABŞ, İngiltərə, Avstraliya və Yeni Zellandiya sakinləri yararlana bilərlər. “Facebook” yeni proqramını genişləndirərək onun masaüstü kompüterlər üçün variantını da hazırlamaqdır. Hal-hazırda “Marketplace” xidməti yalnız “iOS” və “Android” tətbiqetmələrində mövcuddur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272