İKT

“Windows 10”nun bazar payı artıb
21 SENTYABR
183

“Windows 10”nun bazar payı artıb

2016-09-21 12:55:00

“Windows 7” və “8.1” əməliyyat sistemi istifadəçilərinin “Windows 10” sistemini pulsuz quraşdırma imkanından məhrum edilməsinə baxmayaraq, sonuncu əməliyyat sisteminin populyarlığı artır. Cari ilin avqustunda “Window 10” sisteminin masaüstü kompüterlər üçün ƏS-i bazarında payı 25% olub.
“Net Application” analitik şirkətinə məxsus və 160 milyondan çox unikal istifadəçinin aktivliyini izləyən “NetMarketShare” xidmətinin məlumatında belə deyilir.

“NetMarketShare” xidmətinin statistikasına əsasən, 2016-cı ilin avqustunda dünyadakı fərdi kompüterlərin 23%-də “Windows 10”  qurulub.

29 iyul 2016-cı il tarixində “Windows 7” və “8.1” ilə işləyən kompüter sahibləri üçün “Windows 10” platformasının pulsuz quraşdırılmasının dayandırılmasına baxmayaraq, sözügedən platforma öz mövqeyini möhkəmləndirməyə davam edir. İndi “Windows 10” sisteminin “Home Edition” üçün dəyəri 119 dollar, “Pro” versiya üçün 200 dollar təşkil edir.

“Windows 8”-in uğursuzluğundan sonra “Microsoft” şirkəti rəqabətə davamlı əməliyyat sistemi yaratmaq qabiliyyətini sübut etmək istəyirdi. Yeni məhsulun irəliləyişində edilmiş bütün cəhdlərə baxmayaraq, proqram nəhəngi 2018-ci ilin ortalarına kimi “Windows 10” ilə işləyən qurğuların sayının 1 milyarda çatdırılması məqsədinə nail ola bilməyəcəyini etiraf edib.

“Windows 7” ƏS-i bazarında ən populyar sistem olaraq qalır. 2016-cı ilin avqustunda bu sistemin bazar payı 47.25% təşkil edib. “Windows XP”-nin bazar payı isə 10.34%-dən 9.36%-dək azalıb.

“NetMarketShare” xidmətinin 2016-cı ilin avqustuna olan məlumatına görə, dünyadakı masaüstü və noutbukların 90.52%-nə “Windows”un müxtəlif versiyaları qurulub. “Apple OS X” əməliyyat sisteminin payı bir ayda 7.87%-dən 7.37%-dək, “Linux” platformasında isə 2.33%-dən 2.11%-dək azalıb.

Mənbə: ictnews.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274