İKT

“Skype”ın London bölməsi bağlanır
19 SENTYABR
121

“Skype”ın London bölməsi bağlanır

2016-09-19 11:20:00

“Microsoft” korporasiyası sərt addımlar atmaq və “Skype”ın Londonda yerləşən ofislərini bağlamaq qərarına gəlib.

“Microsoft” şirkətinin iş yerlərinin ixtisarı ilə bağlı anonsu hələ iyul ayında edilib və Londondan həyata keçirilməsinə başlanır.

İllik hesabatların təhlilindən sonra şirkət tərəfindən qəbul edilən qərar bütün dünya üzrə 3 min əməkdaşın ixtisarını nəzərdə tutur. 


“Skype”ın London filialında da optimallaşdırma planlaşdırılır. 400 nəfər mütəxəssis ixtisara düşəcək. 

Şirkətdə isə izah edirlər ki, belə qərar korporasiyanın maraqları və kadrların optimallaşdırılması prosesindən irəli gəlir. 

Mənbə: lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272