İKT

Mobil operatorların gəliri açıqlandı
16 SENTYABR
345

Mobil operatorların gəliri açıqlandı

2016-09-16 11:28:00
Cari ilin yanvar-avqust ayları ərzində informasiya və rabitə müəssisələri 1 mlrd. 70,7 mln. manatlıq xidmət göstərib ki, onun da 72,2%-i əhali tərəfindən istehlak olunub.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 9,2% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,3%-i qeyri-dövlət sektorunun payına düşüb.
 
Xidmətlərdən əldə edilən gəlirin 50,4%-i və ya 539,7 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
 
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275