İKT

İstilərə dözən köynək icad olub
02 SENTYABR
298

İstilərə dözən köynək icad olub

2016-09-02 15:15:00

Stenford Universitetinin alimləri tərəfindən plastikdən hazırlanmış parça günəş işığı və istiliyi tamamilə əks etdirir və eyni zamanda bədənin istiliyini özündə saxlamır. Bu parça rahat yay köynəklərinin hazırlanmasında istifadə edilə bilər.

“Biz ofisdə stulda oturarkən belə bədənimizin istiliyinin 40-60%-i infraqırmızı şüa şəklində ətrafa yayılır. İndiyə kimi heç kim parçaların bu istiliklə qarşılıqlı əlaqəsini araşdırmayıb" – Stenford Universitetinin alimi Şanxuey Fan deyib.

Alimlər tərəfindən hazırlanmış inqilabi parça pambıq parçadan hazırlanmış geyimlə müqayisədə insanın özünü 4 selsi dərəcə soyuq hiss etməsinə imkan verir.

Alimlərin sözlərinə görə, yeni parça insanın bədəni tərəfindən ayrılan istiliyin 90%-ni ətrafa yayır və günəş şüalarını udmur. Bu o deməkdir ki, belə parçadan hazırlanmış futbolka geyinmiş insan özünü daha sərin hiss edəcək.

Mənbə: ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272