İKT

“Apple” öz sosial şəbəkəsini yaradacaq
26 AVQUST
259

“Apple” öz sosial şəbəkəsini yaradacaq

2016-08-26 16:50:00

“Apple” şirkəti “Facebook”, “Snapchat” və “Instagram” əsasında öz sosial şəbəkə proqramı üzərində çalışır. 

“Bloomberg”ə istinadən xəbərə görə, “Apple”in əməkdaşlarının sözlərinə görə, yeni proqram istifadəçilərə videoçarxları yazmaq və redaktə etmək, filtləri tətbiq etmək və digər istifadəçilərin nəticələrini bölüşmək imkanı verəcək.

“Sosial şəbəkələrin populyarlığıdan mümkün qədər səmərə əldə etmək” cəhdində şirkət gənc istifadəçilərin auditoriyasını hədəf alıb, bu istifadəçilər gün ərzində “Facebook”, “Snapchat” və “Instagram” kimi şəbəkələrdə 30-50 dəqiqə vaxt keçirirlər.

Videoçarxlara iş alətlərindən başqa proqrama sosial şəbəkələrə xas bir neçə funksiya da əlavə ediləcək. Məsələn, müxtəlif yuzerlərlə əlaqə imkanı, “iki dost bir-birinin bütün ismarıc, elektron poçt, videoçarx və şəkillərini görə biləcəklər”, – “Apple”da bəyan ediblər.

Yeni proqramı “AppStore”dan yükləmək mümkün olacaq. Şirkətin əməkdaşlarının sözlərinə görə, sosial şəbəkədə instaqramda olduğu kimi kvadrat formalı videoçarxlar istifadə ediləcək.

Hələ ki, adı məlum olmayan və 2017-ci ildə istifadəyə verilməsi planlaşdırılan proqramın yaradılmasında “Final Cut Pro” və “iMovie” proqramlarının hazırlayan komanda iştirak edir.

Mənbə: Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272