İKT

Gəzdikcə varlanacaqsız
26 AVQUST
314

Gəzdikcə varlanacaqsız

2016-08-26 14:30:00

Mütəxəssislər “Sweaticon” adlanan yeni xidmət yaradıblar.
 
Yeni xidmət smartfon sahibinin şəhərdə hərəkətini izləyəcək və bunu elektron valyutaya çevirəcək.
 
Hər min addım üçün istifadəçi proqram əlavəsinin daxili valyutası olan 0,95 SWC alacaq. Toplanan pulları əlavənin daxili onlayn mağazasından məhsul və xidmətlərlə mübadilə etmək mümkün olacaq.
 
Hazırda “Sweaticon” əlavəsindən yalnız ABŞ və Böyük Britaniyada istifadə etmək mümkündür. Ancaq proqramın tərtibatçıları yaxın zamanda xidmətin coğrafiyasının genişləndiriləcəyinə söz veriblər. 

Xidmət yalnız “iPhone” sahibləri üçün əlçatan olacaq. 

Mənbə: Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270