İKT

Qlobal smartfon bazarının həcmi 4.3% yüksəlib
18 AVQUST
116

Qlobal smartfon bazarının həcmi 4.3% yüksəlib

2016-08-18 16:22:00

"Gartner" analitik şirkəti qlobal smartfonlar bazarı üzrə hesabatını dərc edib. "Financial Times" nəşri yazır ki, "Apple" və "Xiaomi" şirkətləri  "Oppo" kimi daha az tanınan Çin brendlərinin təzyiqi nəticəsində mövqeyini itirir.

Fins.az-ın "İCTNew"-a istinadən məlumatına görə, 2016-cı ilin aprel-iyununda dünyada 344 milyon smartfon satılıb ki, bu da ötən illə müqayisədə 4.3% daha yüksəkdir. Yaponiya istisna olmaqla bütün inkişaf etmiş regionlarda satış həcminin azalması qeydə alınıb. Latın Amerikası dövlətlərindən başqa, inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrdə 9.9% artım müşahidə olunub.

"Samsung Electronics" şirkəti qlobal smartfon bazarının lideridir. Cənubi Koreya nəhəngi "ağıllı" telefonların satışını 6.5% artıraraq 76.7 milyona çatdırıb.

"Apple" şirkətinin istehsalı olan "iPhone"un satış həcmi 7.7% azalaraq 44.4 milyon təşkil edib. Kaliforniya nəhənginin bazar payı 14.6%-dən 12.9%-dək azalıb. Artıq 3 rüb ardıcıl "Apple" şirkətində azalma qeydə alınır. Avrasiya, Afrika və Şərqi Avropa ölkələrində iPhone" smartfonlarına yüksək tələbat var. Ancaq Çində tələbatın 26% azalması nəticəsində şirkət rübü artımla başa vura bilməyib.

"Huawei" şirkəti ən böyük smartfon istehsalçılarının reytinqində üçüncü yerdə qərarlaşıb. Müvafiq dövrdə 30.7 milyon "Huawei" smartfonu satılıb, halbuki 2015-ci ilin aprel-iyununda bu göstərici 26.5 milyon olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274