İKT

Nokia qayıdır – SUPER KAMERALI SMARTFON
18 AVQUST
1963

Nokia qayıdır – SUPER KAMERALI SMARTFON

2016-08-18 09:07:00

“Nokia” brendi ilə mobil qurğular istehsalına lisenziya əldə edən Finlandiyanın “HDM Global Oy” şirkəti iki yeni smartfonun satışa çıxarılacağının anonsunu verib. Bu smartfonların unikal xüsusiyyəti qrafen əsasında hazırlanmış sensorlu kamera olacaq. Qrafen cəmi bir atom qalınlığına malik karbon materialıdır. Onun hazırlanması metodlarının ixtirasına görə Konstantin Novoselov və Andrey Geym 2010-ci ildə fizika üzrə Nobel mükafatı alıblar.

Fins.az Azərtac-a istinadən xəbər verir ki, yeni “Nokia” smartfonlarının “QHD” (2560x1440 nöqtə) həlli ilə 5.2 və 5.5 displeyləri olacaq. Devaysların silisiumlu ürəkciyi isə “Qualcomm 820” prosessoru – 2.2 giqaHers tezliyində işləyən dörd özəklə təchiz edilmiş 64 bitli çip olacaq. Qurğu ”Z-Launcher System UI” əlavə qrafik proqram təminatı ilə tamamlanmış “Android 7.0 Nougat” əməliyyat sistemi ilə idarə olunacaq.

Smartfonların əsas yeniliyi 22.6 meqapiksel sensorlu qrafen kamera olacaq. “Nokia” qrafen matrisanı hələ 2012-ci ildə patentləşdirib, lakin texnologiyanı yalnız indi reallaşdırmaq mümkün olub.

Qacetlərin birbaşa istehsalı ilə Çinin “Foxconn” şirkəti məşğul olacaq. Bir çox brendlərin qurğuları, o cümlədən “Apple iPhone” smartfonları bu şirkətin zavodlarında yığılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275