İKT

“Twitter”in bağlanmasına dair – AÇIQLAMA
12 AVQUST
235

“Twitter”in bağlanmasına dair – AÇIQLAMA

2016-08-12 15:39:00

Sosial şəbəkə nəhənglərindən olan “Twitter”in 2017-ci ildə bağlanacağı ilə əlaqədar şayiələrə aydınlıq gətirilib.

Fins.az xəbər verir ki, şirkət tərəfindən verilən açıqlamada bu xəbərlər təkzib edilib və iddiaların heç bir əsasa söykənmədiyi bildirilib.

“Twitter” şirkətinin nümayəndəsi sosial şəbəkələrdə yayılan şayiələrin həqiqəti əks etdirmədiyini ifadə edib. O bildirib ki, “Twitter” istifadəçilər üçün cəlbedici sosial media platforması olaraq inkişaf etməkdədir. Sürətlə yayılan “Twitter” 2017-ci ildə bağlanacaq” şayiəsinin necə başladığı isə məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272