İKT

60 terabaytlıq “SSD” diski çıxdı
11 AVQUST
179

60 terabaytlıq “SSD” diski çıxdı

2016-08-11 12:34:00

ABŞ-ın “Seagate” şirkəti məlumat mərkəzlərində istifadə üçün nəzərdə tutulan 60 terabayt (TB) tutumunda “SSD” daşıyıcı təqdim edib.

Şirkətin nümayəndələri daşıyıcının tutum və məlumatların sıxlığına görə “SSD” bazarındakı mövcud diskləri dörd dəfə ötdüyünü deyirlər. Belə ki, bu sərt gövdəli disk 400 milyonadək foto və ya 12 minədək “DVD” film saxlamaq qabiliyyətinə malikdir.

Qurğunun elastik arxitekturası sayəsində yaxın perspektivdə diskin tutumu 100 TB-dək artırıla bilər.

Şirkətin planlarına əsasən, rekord tutuma malik “SSD” diski 2017-ci ildə bazara çıxarmağı nəzərdə tutur. Qurğunun dəyəri və satışa çıxarılma tarixi dəqiq bilinmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275