İKT

Dünyanın 6 ən bahalı smartfonu – QİYMƏTLƏR
08 AVQUST
967

Dünyanın 6 ən bahalı smartfonu – QİYMƏTLƏR

2016-08-08 16:44:00

Smartfonlar sadəcə əlaqə vasitəsi deyil, eyni zamanda sahibinin sosial statusunun göstəricisidir. “Samsung” və “Apple” şirkətlərinin top smartfonları əla cihazlardılar, lakin milyonlarla insan onlardan istifadə edir. Ona görə də şirkətlər sizi fərqləndirmək üçün yeni ideyalar irəli sürürlər.  

Əgər siz orta təbəqə nümayəndəsindən daha varlısınızsa, sizə ancaq sizin sahibi ola biləcəyiniz bir telefon lazımdır. Ümumi boz kütlədən sizi fərqləndirəcək bir telefon.

“Apple” şirkətinin digər istehsalçılara öz platformasından istifadə etməyə icazə vermədiyi üçün, premium sinif smartfonları OC “Android” platforması əsasında fəaliyyət göstərirlər.

“Pul problem deyil” deyənlərə

Maraqlısı odur ki, bu bahalı telefonlar funksionallıq baxımından orta statistik istifadəçinin adi smartfonundan bir o qədər də fərqlənmir. Lakin onların bəzilərinin ayrıca eksklüziv funksiyaları mövcuddur. Digərləri isə sırf dizaynına görə fərqlənirlər.

“Pul problem deyil” ifadəsinə uyğun həyat tərzi yaşayırsınızsa, bəlkə üzərinə təmiz dəri çəkilmiş telefon alasınız? Ya da adi funksiyalı telefonunuzu brilliant daşlarla bəzəyə bilərsiniz.

6. Mobiado Grand Touch em Marble: Qiyməti 3100 $

Mərmərdən telefon sanballı səslənir. Digər dizayn növləri də mövcuddür. Müştəri ağac ziyili, kokobolo ağacı, qara ağac və ya qranit dizaynlı telefon seçə bilər. Qeyd etmək lazımdır ki, bu telefonların hər biri çox effektli görüşnüşə malikdir.  

5. Tonino Lamborghini 88 Tauri: Qiyməti 5250$

Bu smartfonun korpusu təmiz dəri və ya metaldan hazırlanır. Ancaq əfsuslar olsun ki, telefon müasir funksionallığı ilə öyünə bilməz.

4. Gresso Regal Gold: Qiyməti: 6000$

3. Sirin Solarin Crystal White Carbon DLC: Qiyməti15 900 $

İstehsalçı bu smartfonun sahibinə cihaz daxilindəki məlumatların təhlükəsizliyinə dair əminlik verir. 

2. Təmiz dana dərisi dizaynlı Vertu New Signature Touch: Qiyməti 19 800 $

“Vertu”  telefonunun sahibi təkcə gözəl cihaz yox, həm də 24 saatlıq konsyerj xidmətinə çıxış əldə edir. Bu xidmətə zəng vurub və ya yazmaqla siz bu və ya digər tələbinizi icra edə bilərsiniz.

“Sky Blue” səma mavisi rəngdə dana dərisindən dizayn əlavə 10 min dollara başa gələcək. Telefonun kərtənkələ və timsah dərisindən hazırlanmış daha ucuz variantları da mövcuddur.

1. Brilliantlarla bəzədilmiş qara timsah dərisindən Goldvish Eclipse: Qiyməti 3 665 $

“Goldvish Eclipse” daha ucuz modelləri də timsah dərisindən hazırlanıb, lakin brilliant yox digər qiymətli daşlarla bəzədilib. Belə modelin qiyməti cəmi 7 min dollardır. Ancaq məhz brilliant daşlarla dizayn bu telefonu eksklüziv edərək, onun qiyməti 5 rəqəmli məbləğə çatdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272