İKT

Ayrılıq Ebay və Paypala-a yarayıb
27 İYUL
294

Ayrılıq Ebay və Paypala-a yarayıb

2016-07-27 17:07:00

ABŞ-ın e-ticarət nəhəngi eBay və beynəlxalq ödəmə sistemi PayPal-ın, 2015-ci ilin İyul ayında ayrılmasının ardından hər iki şirkətin daxilolmalarında bu ilin ilk yarısında artım qeydə alınıb.

Fins.az "Marja"-ya istinadən xəbər verir ki, sözügedən ayrılığın ardından eBay-ın gəliri bu ilin ilk rübündə 2015-in eyni dövrünə nisbətən 3,9 faiz artaraq 2,14 milyard dollar olub. eBay, 2015-in ilk 3 ayında 2,06 milyard dollar gəlir açıqlamışdı.

eBay-ın 2016-nın ikinci rübündəki gəliri də ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz yüksələrək 2,23 milyard dollar olub. 2015-in Aprel-İyun dövründə isə şirkətin gəliri 2,11 milyard dollar təşkil etmişdi.

Bu ilin ilk iki rübündə PayPal-ın gəlirlərində də artım qeydə alınıb. Paypal-ın bu ilin ilk rübündəki gəliri 2015-in eyni dövrü ilə müqayisədə 18,7 faiz artımla 2,54 milyard dolara çatıb, Aprel-İyun 2016-da da ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artaraq 2,65 milyard dollara yüksəlib.

Beləliklə, iki şirkətin ayrılmasının ardından bu günə qədərki bir illik prosesdə eBay-ın səhminin dəyəri 17%-ə yaxın artım qeyd edib. Şirkətin bazar dəyərinin hazırda 35,67 milyard dollar olduğu bildirilir.

Nasdaq Texnologiya İndeksində əməliyyat görən PayPal-ın səhminin dəyəri də 20 İyulda 41,46 dollardan əməliyyat görməyə başladıqdan sonra gəlirlərə paralel olaraq artım göstərib. PayPal-ın bazar dəyərinin təxminən 46,12 milyard dollar olduğu bildirilir.

eBay, PayPal-ı 2002-ci ildə 1,5 milyard dollara satın aldıqdan sonra 2014-cü ilin Sentyabr ayında PayPal-ın ayrı bir içtimaiyyətə açıq şirkət olaraq yoluna davam edəcəyini bildirmişdi. İki şirkətin ayrılmasının ardından ilk iş günündə eBay-ın bazar dəyəri 34 milyard dollara, Paypal-ın dəyəri isə 52 milyard dollara qədər qalxmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275