İKT

Facebook istifadəçilərinin 16 tipi
21 İYUL
190

Facebook istifadəçilərinin 16 tipi

2016-07-21 12:32:00

Facebook artıq ayrıca bir ölkəyə çevrilib. Və burada tamamilə fərqli istifadəçi tipləri ilə rastlaşmaq olar. Ən məşhurları tipləri barədə Sizinlə bölüşmək istəyirəm:

1. Selfi-adam

selfi-adam
selfi-adam
Selfi-adamlarda şəkillərin 90% selfilər təşkil edir

Bəlkə də ən məşhur istifadəçi tipidir. Selfi-adam üçün fon, şəkildəki digər insanlar və şəkil çəkmək üçün səbəb önəmli deyil. Əsas odur ki, onun yeni selfi şəkli olsun. Hətta bu şəkillərin sayəsində həmin insanın illər ərzində necə dəyişildiyini izləmək olar.

2. Jurnalist

jurnalist
jurnalist
Bütün “şok” xəbərləri jurnalistlər paylaşırlar

Jurnalistlərin əsas məqsədi xəbər saytlarını və onların səhifələrini monitorinq edib dərhal yeni “şok” xəbərləri Facebook-da paylaşmaqdır. Bu tip istifadəçilərinin sayəsində digərlərə xəbər saytlarına daxil olmağa ehtiyac qalmır.

3. Avatar

Avatar
Avatar
Avatarlar ayda ən azı bir dəfə öz profil şəkillərini dəyişirlər

Avatarlar trendləri izləyən istifadəçilərdir. Dünyada və ölkəmizdə hər hansı bir hadisə baş verirsə, dərhal ona uyğun öz profil şəkillərini dəyişirlər: Fransa və ya LGBT bayrağları, futbol klublarının herbləri və s.

4. Trend izləyicisi

trend
trend
Mövzudan asılı olmayaraq onlar həmişə trenddədirlər

Trend izləyiciləri avatarların təkmilləşdirilişmiş versiyasıdır. Onlar hər bir hadisəyə birinci reaksiya verməlidirlər: məşhurlardan ölən varsa R.İ.P. deyilməlidir, dünyada (əsasən də Qərbdə) hər hansı bir yenilik və ya hadisə baş verirsə onlar öz fikirlərini bildirməlidirlər.

5. Tənqidçi

tənqidçi
tənqidçi
Tənqidçilər hamını və hər şeyi tənqid edirlər

Tənqidçilər məqsədi hamını və hər şeyi tənqid etməkdir. Lakin, onların əsas hədəfi də var: bu avatarlar və trend izləyiciləridir. Tənqidçilər, yırtıcılar kimi, onların heç bir postunu, heç bir yeni şəklini tənqidsiz buraxmırlar. Məsələn, tənqidçilərin sayəsində Coffeeshop Company Azerbaijan öz Facebook səhifəsini bağladı.

6. Layker

layker
layker
Layker – Tənqidçilərin antipodudur

Laykerlər isə əksinə. Demək olar ki, heçnə yazmırlar və şərh etmirlər. Lakin, daimə hamının postlarını bəyənirlər. Üstünlüyü daha çox avatar və trend izləyicilərinə verirlər.

7. Məlumat topluyucusu

məlumat topluyucuları
məlumat topluyucuları
Məlumat topluyucaları danışmırlar, amma hər şeyi izləyirlər

Onlar heç bir şərh və ya post yazmazlar. Sən hətta onların sənin dostluğunda olub-olmaması yadından çıxa bilər…lakin, onlar səni izləyirlər. Və hətta təsadüfi real görüşdə sənin postunu sitat gətirə bilərlər.

8. Dindar

dindar
dindar
Dindarların əksər post və şərhləri dinə aid olur

Bu tip izləyicilərin postların əksəriyyəti dinlə bağlı olur. Ramazan ayı başlayanda və qurtaranda daha aktiv olurlar.

9. Promoter

promoter
promoter
Promoterlər dostluqdan ən tez-tez silinən istifadəçilərdir

Facebook-un ən nəzakətsiz istifadəçiləri sayılırlar. Onlar daim Sizi hansısa naməlum qruplara əlavə edirlər (hətta qrupdan çıxsan belə, təkrar bunu edirlər), tədbirlərə dəvət edirlər, müsabiqədə iştirak edən şəkilə layk qoymağa çağırırlar.

10. Ulduz

ulduz
ulduz
Ulduzların dostlarının sayı 2000-dən aşağı olmur

Ulduzlar nə maraqlı kontenti paylaşırlar, nə opinion maker-lərdir (ictimai fikri formalaşdıran insanlar), nə kimsə onları yaxından real həyatda tanıyır. Lakin, ONLAR 5000 DOSTU NECƏ YIĞIBLAR?

11. Gəzən xəbərlər

gəzən xəbərlər
gəzən xəbərlər
Gəzən xəbərlərin bütün həyatı sosial şəbəkələrdə təsvir olunub

Daimi öz həyatı barəfə məlumatlar paylaşırlar: Mən saat 7-də durdum, 8-də idman elədim, 9-da yemək yedim və  günün sonuna qədər bu tip məlumatların paylaşımı davam edir. Və bu məlumatlar digərlərə maraqlı olub-oglmamağı onlar üçün önəmli deyil.

12. Oğru

oğru
oğru
Facebook oğruları ən zərərsiz cinayətkarlardır

Oğrular digər istifadəçilərinin statuslarını oğrayıb öz səhifələrində paylaşırlar.

13. Müəllim

müəllim
müəllim
Allah eləməsin ki, müəllim sənin statusunda bir səhv görsün

Müəllimlər sizin status və ya şərhinizdə səhvi tapmaq üçün onu bir neçə dəfə oxuyurlar. Və onu tapan kimi dərhal sizə bildirməlidirlər. Onlar üçün mətnin məğzi maraqlı deyil. Əsas odur ki, siz səhv etməyəsiniz.

14. Radio-aparıcı

radio-aparıcı
radio-aparıcı
Radio-aparıcıların Facebook-da xüsusi vəzifələri var

Radio-aparıcılar hər səhər “Sabahınız xeyir!” və “Gününüz uğurlu olsun!” tipli postları paylaşmalıdırlar. Elə bil ki, bu onların işidir.

15. Cütlük

cütlük
cütlük
Cütlüklər heç vaxt ayrılıqda şəkil paylaşmazlar

Cütlüklər Facebook-un ən xoşbəxt istifadəçiləridir. Bütün statuslar yalnız bir-birinə olan sevgi və məhəbbət haqqındadır. Avatarda da onlar əlbəttə bir yerdə olmalıdırlar.

16. Maliyyəçi

maliyyəçi
maliyyəçi
Maliyyəçilər nisbətən yeni qrup istifadəçiləridir

Devalvasiyadan sonra aşkarlanan tip. Onlar hər günü Bloomberg və Mərkəzi Bankın saytlarını monitorinq etməklə başlayırlar. Ondan sonra isə 2267 ilə qədər neft və manat barədə öz proqnozlarını verirlər.

Bəs sizcə hansı digər Facebook istifadəçi tipləri var? Onları şərhlərdə qeyd edin.

İşlərinizdə uğurlar!

Mənbə: samirkarimov.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272