İKT

Facebook gizli çat yaradır – YENİLİK
13 İYUL
218

Facebook gizli çat yaradır – YENİLİK

2016-07-13 14:54:00

Facebook sosial şəbəkəsi «məxfi çat» funksiyasını tətbiq etməyi nəzərdə tutub. Bu çatın istifadəçiləri yazışmalarının pozulması üçün taymer (vaxt müddəti) seçmək imkanları olacaq.

Tərtibatçıların sözlərinə görə bu kimi çatlar şəxsi və həssas mövzuların müzakirə edilməsi üçün yaradılır və bu imkan yalnız konkret istifadəçiyə müəyyən cihazlarda təqdim ediləcək.

«Biz etdiyimiz hər bir işdə ilk öncə insanları (istifadəçilərimizi) nəzərdə tuturuq. Biz eşitmişik ki, müəyyən informasiyanın müzakirəsi zaman istifadəçilərimiz təhlükəsizlik baxımından əlavə qarantiyalar istəyirlər» – deyə Facebook bildirib.

Yeni çatda end-to-end şifrələmək texnologiyası tətbiq ediləcək. Bu o deməkdir ki, onlar yalnız iki cihazda - mesajı göndərənin və onu alanın qacetlərində oxuna biləcək, daha sonra isə öz-özünə silinəcək. Hələlik məxfi çatlarda qif və video xidmətləri, ödəniş və başqa funksiyalar nəzərdə tutulmur.

«Məxfi» çatlar əvvəlcə məhdud sayda istifadəçilər üçün açıq olacaq, sonra isə onların sayı artacaq. Bu dəqiqə üçün gizli çatlar məhdudlaşdırılmış test formasında mövcuddur, lakin şirkət bildirib ki, yayın sonuna qədər bu imkanın yeni messencerə tətbiq edilməsi nəzərdə tutulub.

İndi gizli çat funksiyasından “Telegram” messencerinin istifadəçiləri yararlana bilərlər. Bu çatda mesajları oxuyandan sonra onların avtomatik pozulması imkanı mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275