İKT

“GoldenPay” 9 ildir vaxtınıza dəyər qatır
13 İYUL
203

“GoldenPay” 9 ildir vaxtınıza dəyər qatır

2016-07-13 13:55:00

Bu gün Azərbaycanın onlayn ödəmələr bazarının lideri olan “GoldenPay” ASC-nin yaranmasından 9 il keçir.

İlk başda start-up şəklində qurulmuş “GoldenPay” bu gün 20-dən artıq dövlət qurumunun, 500-dən çox hüquqi və fiziki şəxsin internet üzərindən ödənişlərinin təminatçısına çevrilib. Şirkət biznes sektoru üçün ödəmə sistemlərinin qurulması və pərakəndə sektor üçün Hesab.az portalı vasitəsilə ödənişlərin aparılması sahəsində hər il daha da uğurlu nəticələr göstərir.

11 MİLYON MANATLIQ 600 MİNDƏN ÇOX ƏMƏLİYYAT

“GoldenPay” bank kartları vasitəsilə ayda 11 milyon AZN həcmində 600 mindən çox əməliyyat həyata keçirilir ki, bu da elektron ödənişlər bazarının 70%-ni təşkil edir. Bu sahədə ölkədaxilində yüksək nəticələr əldə edən “GoldenPay” artıq Bosniya və Herzoqovina kimi ölkələrdə də öz fəaliyyətinə başlamışdır. Şirkətin xarici ölkələrdə fəaliyyətə başlamasından sonra isə yaxın gələcəkdə İPO (səhmlərin ilkin buraxılışı) nəzərdə tutulub.

İSTİFADƏÇİLƏRİNİN SAYI 230 MİNİ KEÇİB

Şirkətin ən uğurlu brendi olan Hesab.az portalının qeydiyyatdan keçmiş istifadəçilərinin sayı artıq 230 mini keçib və bu rəqəm daima artmaqdadır. Bildiyiniz kimi Hesab.az istifadəçilərinə kommunal, TV, internet, mobil, ev telefonu, əyləncə, bank krediti və digər ödənişləri rahat şəkildə, vaxta qənaət edərək ödəmək imkanı verir.

“GoldenPay” məlumatların şifrələnməsi üzrə dünyanın ən məhşur şirkətlərindən biri olan Geotrust-la çalışır. Həmçinin kart məlumatlarının qorunması üçün PCİ DSS sertifikatından istifadə edilir. Əlavə olaraq bir neçə təhlükəsilik funksiyası ilə “GoldenPay” istifadəçilərinin etibarını qazanmışdır.

Bu gün əldə etdilən bütün naliyyətləri istifadəçilərimizə borcluyuq. Və gələcəkdə görüləcək bütün işlər onların etimadını doğruldub, yeni xidmətlərlə vaxtlarına daha çox dəyər qatmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272