İKT

«Kömək edin qiyməti azaltsınlar» – MƏRKƏZİ BANKA MÜRACİƏT
12 İYUL
253

«Kömək edin qiyməti azaltsınlar» – MƏRKƏZİ BANKA MÜRACİƏT

2016-07-12 10:53:00

Azərbaycanda İnternet üzərindən bank kartları ilə ödəmələrin aşağı olmasının səbəblərindən biri də ölkə daxilində banklararası "interchange" deyilən xidmət haqqının yüksək olmasıdır.

Fins.az  “Marja”ya istinadən xəbər verir ki, bunu Hesab.az potalının sahibi olan “QoldenPey” şirkətinin rəhbəri Fərid İsmayılzadə bildirib.

O qeyd edib ki, "interchange" adlı xidmət haqqı, ödənişi qəbul edən bankın ödənişin həyata keçirildiyi kartın bankına ödədiyi xərcdir:

“Bu xərcin yüksək olması İnternet ödəmə şirkətlərinin xərclərinin yüksək olmasına, nəticədə marketinqə, yeni məhsulların inkişafına və böyümələrinə az vəsait yönəltmlərinə səbəb olur. Müqayisə üçün deyim ki, “QoldenPey”in qeydiyyatdan keçdiyi Gürcüstan və Bosniyada bu rəqəm 0,5%-dir. Azərbaycanda isə xidmət haqqı bundan  3 dəfə çoxdur. Əvvəllər bu xidmət haqqı Visa və MasterCard tərəfindən müəyyən edilirdisə, indi Mərkəzi Bankın yeni istifadəyə verdiyi “pre-prosesing”ə görə, ölkə daxili müəyyən etmək olar. Bu barədə Mərkəzi Banka rəsmi məktub göndərmişəm. Ümid edirəm ki, bu məsələ ölkəmizin rifahı naminə müsbət həll olunar”.

Fərid İsmayılzadə əlavə edib ki, aşağı “interchange” rəqəmləri ilə hər kəsə gəlirli, əhaliyə isə komissiyasız olan hamının qazanacağı bir sistem yaratmaq olar: “Əslində bu Mərkəzi Bankın tam səlahiyəti deyil, amma onlar bütün bankları toplayıb yeni “interchange”i qəbul etməyi tövsiyə edə bilərlər. Xidmət haqqının aşağı salınması uzun müddətdə bankların gəlirlərinin artmasına səbəb olacaqdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275