İKT

“Facebook” və “Whatsapp”dan növbəti yeniliklər
01 İYUN
431

“Facebook” və “Whatsapp”dan növbəti yeniliklər

2016-06-01 08:48:00

“Facebook”un mobil tətbiqində və şirkətə məxsus “WhatsApp” yazışma proqramında yeniliklər gözlənilir. Sosial şəbəkənin tətbiqi real zamanda şərhləri göstərəcək, “WhatsApp”da bir neçə insanı eyni link vasitəsilə söhbətə dəvət etmək mümkün olacaq.
Sosial şəbəkədəki yenilik “Apple”in “iMessage” tətbiqində olan funksiyanı xatırladacaq. Hazırda Facebook bir sıra istifadəçilər üzərində real zamanda şərhlərin sınağını aparır.

Məlumatı həmçinin sosial şəbəkələrin rəsmi nümayəndələri də şərh ediblər. Onların sözlərinə görə, yenilik istifadəçilərin ünsiyyətlərini asanlaşdıracaq. «Araşdırmalar nəticəsində məlum olub ki, statuslarına gələn şərhləri real vaxtda oxumaq istifadəçilərin xoşuna gəlir. Artıq şərh etmə prosesi yazışma prosesini xatırladacaq”, – deyə “Facebook”un mətbuat xidmətindən bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272