İKT

İkiqat kameralı smartfon təqdim olunub
12 MAY
386

İkiqat kameralı smartfon təqdim olunub

2016-05-12 11:35:00

“Huawei” şirkəti “Honor” brendi altında yeni smartfonunu təqdim edib. Fins.az-ın məlumatına görə, cihaz 3 modifikasiyada təqdim olunub, onlardan ən qabaqcılı 2K-ekranlı və ikili kameraya malik versiyadır.

Xüsusiyyətləri

“Honor V8” smartfonu nazik metal korpus və 2,5D-şüşə örtüklü 5,7-düymlü IPS-ekranla təchiz olunub. 2K-ekranlı versiyada nöqtələrin sıxlığı 515ppi təşkil edir. “Honor V8” Android 6.0 əməliyyat sistemi ilə işləyir. Smartfonun ölçülər –157х77,6х7,75 mm, çəkisi — 170 qramdır. 

4GB operativ yaddaş

“Honor V8” smartfonunun əsasında 8 nüvəli, 2,3 GHz tezlikli i5 prosessoru və Mali T880 qrafikalı Kirin 950 çipseti durur.  Smartfonun operativ yaddaşı – 4GB -dır, daimi yaddaşı isə modifikasiyadan asılı olaraq dəyişir. Smartfonda microSD slotu var. Smartfonun akkumulyatorunun həcmi 3500 mAh-dır.

Kinomanlar üçün smartfon

Bütün modifikasiyalarda xüsusi “Kino” rejimi və video və ya digər kontentin uzunmüddətli izlənilməsi zamanı gözlərin yorğunluğunu aşağı salan texnologiya var. Stereodinamiklər kifayət qədər böyükdürlər, səs yüksəkdir, ona görə kinomanlar üçün planşetləri uğurla əvəzləyə bilər. 

Kamera

“Honor V8”in ikili kamerası qeyri-adi düzəldilib. İki sensoru var və hər ikisi 12 meqapiksel-dir. Biri bozun çalarlarının, digəri isə qalan rənglərin ötürülməsinə cavabdehdir. Avtofokus hibriddir (lazer və fazalı), flash ikili, diafraqma isə f/2.2-dir (“Honor 6 Plus”dan 36% daha enlidir). 3D panorama və digər maraqlı foto rejimlərini dəstəkləyir. Frontal kamera 8 meqapiksel və f/2.4 diafraqmalıdır.

Kommunikasiya

Smartfon 4G LTE şəbəkələrində işi dəstəkləyir və iki SIM-kart çıxışı var. Bundan başqa, o, infraqırmızı port, Wi-Fi- və Bluetooth adapteri, USB Type-C ilə təchiz olunub. NFC çipli “Honor V8”-in faydalı funksiyaları arasında – saxta ödənişlərin təsdiqlənməsinin qarşısının alınması funksiyası da var. Cihaz onun sahibinin vəsaitlərinin cinayətkarların əlinə keçməsinin qarşısını almaq üçün dərhal bloklanır.

Modifikasiya və qiymətlər

Smartfon 6 rəngdə təqdim olunub: ağ, boz, gümüşü, qızılı, platin və çəhrayı-qızılı rənglərdə. Smartfonlar yaddaşın həcmi, ekran genişlənməsi və simsiz ödənişlərin dəstəklənməsinə görə fərqlənirlər. 32 GB-lıq daxili yaddaşlı, Full HD-ekranlı və NFC çipi olmayan ən büdcəli versiya sizə 2299 yuana (353 dollar) başa gələcək. Eyni xüsusiyyətlərə malik, lakin NFC çipi olan versiya 2499 yuana (383 dollar) satılacaq. 64 GB-lıq daxili yaddaşa, 2K-ekranlı və NFC dəstəkli versiya isə 2799 yuana (430 dollar) satılacaq. Çində satışlar mayın 17-də başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272