İKT

"Aztelekom" internetin sürətini ikiqat edəcək
03 MAY
648

"Aztelekom" internetin sürətini ikiqat edəcək

2016-05-03 19:10:00

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Aztelekom” MMC Gəncə şəhərinin “2016-cı il Avropa Gənclər paytaxtı” seçilməsi münasibətilə kampaniya keçirir. Nazirlikdən bildirilib ki, kampaniya çərçivəsində Gəncədə “Aztelekom.net” provayderinin 1-2 Mbit/s genişzolaqlı ADSL internet xidmətlərinə qoşulan hər bir gənc (35 yaşa qədər) abunəçi 2016-cı ilin sonunadək iki dəfə artıq internet sürəti ilə təmin ediləcək. Kampaniyadan may ayı ərzində “Aztelekom.net” provayderinin internet xidmətindən istifadəyə başlayan abunəçilər yararlana biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275