İKT

“Facebook”dan yeni məhsul - 360° VİDEOKAMERA
15 APREL
412

“Facebook”dan yeni məhsul - 360° VİDEOKAMERA

2016-04-15 11:51:00

Ötən gün keçirilən F8 konfransında diqqət çəkən yeniliklərdən biri “Facebook” un 360 dərəcə çəkiliş edə bilən “Facebook Surround 360” kamerası oldu.

“Facebook” 360 dərəcəlik kameraya sahib 17 ədəd kameralı “Facebook Surround 360″u təqdim edib. Yeni 360 dərəcəlik kamerada eninə düzülmüş 14, üst hissədə 1, aşağı hissədə isə 2 ədəd kamera yer alır. Bu kamera 8K keyfiyyətində video çəkə biləcək. 

Bu kameranın dünyanın ən yaxşı 360 dərəcəlik kamerası olduğunu iddia edən “Facebook”, virtual reallıq mövzusunda “Oculus Rift” və “Samsung Gear VR”ı ön plana çıxaracaq.

Maraqlıdır ki, cihaz kommersiya məhsulu deyil. Bu nümayiş məhsulu başqa şirkətlərin bu mərhələyə vaxt sərf etməmələri üçün hazırlanıb. "Facebook" kameranı satışa çıxarmaq niyyətində deyil. Belə ki, şirkət istehsalla bağlı bütün detalları və hansı materiallardan istifadə olunmasına dair sənədləri təmənnasız yayacaq. Virtual reallıq seqmentinin populyarlaşması "Facebook"un maraqlarına daxildir. 

"Facebook" rəsmilərinin sözlərinə görə, "Surround 360" kamerasının bütün komponentlərinin qiyməti ümumilikdə 30 000 dollardır.

Mənbə: technews.az/fins.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272