İKT

«HTC» yeni flaqmanını təqdim edib – «HTC 10» GƏLİR
13 APREL
585

«HTC» yeni flaqmanını təqdim edib – «HTC 10» GƏLİR

2016-04-13 09:56:00

Tayvan brendi “HTC” aprelin 12-də rəsmi olaraq yeni flaqman smartfonunu - “HTC 10”u təqdim edib. Cihazın təqdimatı eyni anda Londonda, Nyu-Yorkda və Taybeydə baş tutub.

Yeniliyin dizaynına gəldikdə, “HTC 10”un arxa hissəsinin görünüşü şirkətin əvvəlki flaqmanını xatırladır, qabaq hissəsinin isə, ötən ilin payızında təqdim olunan “HTC One A9”la oxşarlığı var. Şirkətin yeni flaqmanı metal korpusa malikdir. 5,2 düymlük Super LCD-displeylə təchiz olunan ekran 1440*2560 pikseldir.

Rəqiblərinin çoxu kimi, bu smartfon da Qualcomm Snapdragon 820 prosessoru bazasında işləyir. Operativ yaddaş 4 GB, daxili yaddaşının həcmi isə versiyasından asılı olaraq 32 və ya 64 GB-dır. Əlavə yaddaş üçün 2TB həcmində microSD slot nəzərdə tutulub. Smartfonun əsas kamerası “UltraPixel” texnologiyası əsasında hazırlanıb və 12 meqapikseldir.

Bundan başqa, kamera optik stabilizator və D/1.8 diafraqması ilə, həmçinin avtofokus və ikili LED-flash-lə təchiz olunub.

Frontal kamera 5 meqapikseldir və yenə optik stabilizator və D/1.8 diafraqma sistemi ilə təchiz olunub. Aparat həmçinin təkmilləşdirilmiş audiosistem alıb.

“HTC 10”-da “home” düyməsinin üzərində barmaq izi sensoru yerləşdirilib və USB Type-C çıxışı var. “Android 6.0 Marshmallow” əməliyyat sistemi “HTC Sense 8 UI” interfeysli smartfonun batareyası 3000 mAh-dır.

Şirkət nümayəndələrinin sözlərinə görə, batareyanın həcmi smartfona 2 gün fasiləsiz işləməyə imkanı verir. Bundan başqa, batareya “Quick Charge 3.0” tez enerji yığma texnologiyasını dəstəkləyir.

“HTC”nin yeni flaqmanının videoicmalı “The Verge” nəşrinin rəsmi “Youtube” kanalında yerləşdirilib. Rəsmi mənbələrə əsasən, “HTC 10” bazara may ayında çıxacaq, ABŞ-da qiyməti isə 699 dollar təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275