İKT

«iPhone SE»nin satışları əla başlayıb
12 APREL
523

«iPhone SE»nin satışları əla başlayıb

2016-04-12 11:28:00

«Apple»nin yeni məhsulu olan «iPhone SE»nin təqdimatından dərhal sonra analitiklər bu modelin uğur qazanmayacağını bildirirdilər. Lakin satışlar bunun əksini göstərib - cihaza olan tələbat bir çox ölkələrdə təklifi üstələyib.

RBC analitiklərinin proqnozlarına əsasən, “Apple” bu ilin sonunadək 40 milyon “iPhone SE” satacaq. Onlar qeyd edir ki, yeni 4-düymlük “iPhone” smartfonların satışını 15 milyon artıracaq, “SE”nin payı isə ümumi həcmin 35%i qədər olacaq. Qeyd edək ki, “iPhone”nun əvvəlki kiçik modellərinin - 5C və 5S-in başlanğıc satışı zamanı belə ajiotaj müşahidə olunmamışdı.

Analitiklər qeyd edir ki, “iPhone SE” satışları şirkətə 6,8 milyard dollar ümumi gəlir gətirəcək və hər səhmin qiymətini 23 sent artıracaq. Bu, şirkətin fond bazarındakı mövqeyini xeyli möhkəmləndirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272