ƏMLAK

Türkiyədə ada satışa çıxarıldı
29 İYUL
170

Türkiyədə ada satışa çıxarıldı

2019-07-29 12:31:00

Türkiyədə ada satılır.

Fins.az xəbər verir ki, Bursanın Karacabey qəsəbəsindəki Uluabat gölündə yerləşən 4.5 hektar sahəsi olan ada sahibi Nedim Bulut tərəfindən satışa çıxarılıb.

Mülk sahibi bildirib ki, adaya 17 milyon lirə (təqribən 5 milyon AZN – red.) qiymət qoyub.

Adanın bir neçə alıcısı olsa da, onlardan ən çox qiymət verən 13 milyon lirə təklif edib.

Ada N.Buluta babasından qalıb və burada bina tikmək qadağandır. Lakin adada təsərrüfat obyektləri tikmək olar.

Mülk sahibi 81 ildir onların ailəsinə məxsus olan adanın torpağının çox məhsuldar olduğunu bildirib və burada 500 ədəd zeytun ağacı olduğunu deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257