ƏMLAK

55 il mənzil növbəsinə dayandıqdan sonra rədd cavabı alıb
10 İYUL
164

55 il mənzil növbəsinə dayandıqdan sonra rədd cavabı alıb

2019-07-10 09:50:00

Ulan-Udenin (Buryatiya) hakimiyyət orqanları1964-cü ildən ev növbəsinə dayanan yerli sakinə mənzil verməkdən imtina edib.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Buryatiya Prokurorluğu bildirib. Prokurorluqdan əlavə ediblər ki, buna baxmayaraq məhkəmə ədalətə nail olub.

Ulan-Udenin Sovet rayonunun Prokurorluğu tərəfindən müəyyən edilib ki, yerli sakin 1964-cü ilin dekabrından yaşayış şəraitinin yaxşılaşması üçün növbəyə dayanıb. Hazırda onun sıra növbəsinin nömrəsi 2-dir. Ancaq Ulan-Ude administrasiyası qadının kasıb olmamasına istinad edərək ona ev verilməsindən imtina edib.

Öz növbəsində isə prokurorluq hakimiyyətə qadına 3 ay ərzində ev verməyi tələb edib və sakinin şəhər administrasiyası əleyhinə iddiasını müdafiə edib. Ulan-Udenin Sovet rayon Məhkəməsi və sonra Regionun Ali Məhkəməsi prokurorluğun tələblərini təmin edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027