ƏMLAK

Baytarlıq İdarəsi üçün yeni bina inşa olunur
13 MART
233

Baytarlıq İdarəsi üçün yeni bina inşa olunur

2019-03-13 11:21:00

Kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında baytarlıq sahəsinin oynadığı mühüm rol nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti və tabeliyindəki qurumların iş şəraiti yaxşılaşdırılır. Babək Rayon Baytarlıq İdarəsi üçün yeni inzibati binanın inşa olunması da həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Azərtac-ın Naxçıvan bürosu xəbər verir ki, yeni inzibati bina 3 mərtəbədən ibarət olacaq. Hazırda binanın dam örtüyü vurulur, rabitə və elektrik xətləri çəkilir.

Qeyd edək ki, müasir layihə əsasında inşa olunan binanın birinci mərtəbəsində dərman və boyaq maddələrinin saxlanılması və qəbul otaqları, eləcə də arxiv yerləşəcək. İkinci mərtəbədə isə virusoloq-həkim, terapevt-həkim, epizootik-həkim, süni mayalanma və laborant-sanitar otaqları, laboratoriyalar fəaliyyət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269