ƏMLAK

Yaşayış məntəqələrinin müfəssəl planlarının məcburi tətbiqi müddəti daha 1 il uzadılıb
28 DEKABR 2018
373

Yaşayış məntəqələrinin müfəssəl planlarının məcburi tətbiqi müddəti daha 1 il uzadılıb

2018-12-28 14:17:00

Azərbaycanda hazırda yerli icra hakimiyyətləri tərəfindən bütün şəhər və qəsəbə yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi həyata keçirilməkdədir. Bu səbəbdən də müfəssəl planın məcburi tətbiqi müddəti daha 1 il uzadılıb.

Fins.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanununa təklif edilən dəyişiklikdə öz əksini tapıb.

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun 2.2-ci maddəsində tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş tələbin Məcəllənin qüvvəyə mindiyi 2013-cü il 1 yanvar tarixdən 7 il sonra tətbiq edilməsi nəzərdə tutulur.

Hal-hazırda yerli icra hakimiyyətləri tərəfindən bütün şəhər və qəsəbə yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi həyata keçirilməkdədir və bu səbəbdən də müfəssəl planın məcburi tətbiqi müddətinin daha bir il uzadılması zərurəti yaranıb. Beləliklə, müfəssəl planın məcburi tətbiqinin 2020-cu ildə həyata keçirilməsi planlaşdırılır.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027