ƏMLAK

Torpaq qanunvericiliyini pozan daş karxanalarının fəaliyyəti dayandırılıb
28 NOYABR
162

Torpaq qanunvericiliyini pozan daş karxanalarının fəaliyyəti dayandırılıb

2018-11-28 11:06:00

Ölkəmizdə torpaq sahələrinin istifadəsiz saxlanması, özbaşına zəbtetməhalları aradan qaldırılır. Belə torpaqlarda təyinatına zidd olaraq və sənədsiz tikintilərin aparılmasının və torpaqların üst münbit qatının korlanmasının qarşısı alınır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılan monitorinqlərin davamı daş karxanalarında olub.

Monitorinq zamanı məlum olub ki, müvafiq qurumlar tərəfindən ayrı-ayrı vaxtlardakarxana fəaliyyəti üçün qeyri-qanuni olaraq torpaq sahələri ayrılıb. Karxanalar tərəfindən həmin torpaq sahələrinin məqsədli təyinatı özbaşına dəyişdirilərək mişar daşı istehsal olunur. Baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər hüquq mühafizə orqanlarına göndərilib.

Bundan başqa Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaradılmış 14 karxananın fəaliyyətindədə pozuntu halları aşkar olunub, xəbərdarlıq edilərək işlər dayandırılıb.

Belə karxanaların fəaliyyəti nəticəsində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin üst münbit qatı korlanır, kənd təsərrüfatına yararlı torpaq sahələri əkin dövriyyəsindən çıxarılır, onların əvvəlki təyinatı üzrə istifadəsi qeyri-mümkün olur. Belə torpaqların rekultivasiya (bərpa) edilərək əvvəlki vəziyyətinə gətirilməsi böyük vəsaitlər tələb etdiyindən dövlətə və vətəndaşlara, həmçinin kənd təsərrüfatının inkişafına ciddi ziyan dəyir.

Qeyd edilməlidir ki, cari ildərespublikada mövcud olan 588 daş, qum-çınqıl  karxanasından 256-sı tərəfindən torpaq qanunvericiliyinin tələbləri pozulduğuna görə fəaliyyəti dayandırılmışdır. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati protokollar 155 karxana barədə yazılaraq cərimə tətbiq olunub. 55 karxanada zəbtolunma halı üzrə sənədlər Daxili İşlər Nazirliyinə göndərilib.

Eləcə də bax: Xidmət sahələri üzrə təkliflər bazası yaradılıb

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256