ƏMLAK

Bakının ən hündür 10 binası - SİYAHI
13 NOYABR
598

Bakının ən hündür 10 binası - SİYAHI

2018-11-13 12:39:00

Bakıda son illərdə görünməmiş miqyasda yeni binalar tikilib. Onlardan bəziləri təkcə hündür olmaları ilə deyil, əzəmətli gözəllikləri ilə də seçilirlər. Bu binaların əksəriyyəti təzəlikcə ucaldılıb. Fins.az Bakucity.az-a istinadən  həmin göydələnlərin onluğunu təqdim edir.

1. Teleqüllə

Tikintisinə 1979-cu ildə başlanmış 310 metrlik Bakı Televiziya Qülləsi paytaxtda ucaldılan ilk hündürmərtəbəli tikilidir. Bununla yanaşı, o, dünyada hündürlüyünə görə 34-cü Televiziya Qülləsidir. Qüllənin 67-ci mərtəbəsində şəhərin gözəl mənzərəsinə baxmağa imkan verən restoran yerləşir.

 
 2. “SOCAR Tower”

Bakının Heydər Əliyev prospektində yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binası “Socar Tower”in təməli 2010-cu ildə qoyulub. Bina hələlik tam hazır olmasa da, artıq indidən paytaxtın ən gözəl memarlıq nümunələrindən biri hesab olunur.

3. “Crescent Development Project” 

Hazırda tikintisi davam edən “Crescent Development Project” Bakıda, Xəzər dənizinin sahilində yerləşən 203 metr hündürlüyündə, 43 mərtəbəli biznes mərkəzidir. Kompleksə otel, yaşayış, ticarət və əyləncə mərkəzləri daxildir. Tikintisi davam edən layihə Azərbaycanın ən gözəl memarlıq abidələrindən biri olmağa iddialıdır.

4. “Flame Towers” ("Alov qüllələri")

Yüksəkliyi 190 metr olan "Alov qüllələri" 3 çoxmərtəbəli binadan ibarət kompleksdir. Buraya otellər, mənzillər və ofislər daxildir. Tikilinin ümumi sahəsi 235 min kv.metrdir. 2007-2013 illərində tikilib başa çatan və alov dilimlərini xatırladan bu kompleks, Bakını əcnəbilərə tanıtmaq üçün göstərilən ən yaxşı sinvollardan biri hesab olunur. 

5. “Sofaz Tower” (ARDNF qülləsi) 

Dövlət Neft Fondunun 26 mərtəbəli yeni inzibati binası olan “Sofaz Tower”in layihəsi Fransanın “Inter Art Etudes” şirkəti tərəfindən hazırlanıb. Binada ikimərtəbəli yeraltı dayanacaqla yanaşı, 3 mərtəbəli Podium, 18 açıq tipli ofis mərtəbəsi, 3 texniki mərtəbə və bununla yanaşı kitabxana, muzey, 200 nəfərlik konfrans zalı, iclas otaqları, restoran və s. yerləşir.

 
 
 6. “Yelkən Tower Baku” 

Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarət çoxmərtəbəli bina olan “Yelkən Tower Baku” ("Trump Tower") 130 metr hündürlüyündədir və 33 mərtəbədən ibarətdir. Göydələnin tikintisinə 2008-ci ildə başlanılıb, 2015-ci ildə fasadın bəzədilməsi üzrə bütün çöl işləri başa çatdırılıb. Binada 11 ədəd sürətli lift quraşdırılıb. 

7. “Azersu Office Tower”  

2012-ci ilin 9 avqustunda  Koreyanın "Heerim Architects" şirkəti "Azərsu" ASC-nin yeni ofis binasının dizaynını seçmək üçün memarlıq şirkətləri arasında keçirilən tenderdə qalib gəlib. Şirkət “Azersu Office Tower”i su damlası şəklində layihəndirib. 2013-cü il 15 martda isə bir başqa Koreya şirkəti, “Halla E & C” layihənin proqramçısı seçilib. 2013-cü ilin noyabr ayında tikinti sahəsinin çəpərinə görə "Azərsu" ofisinin birinci mərtəbəsi tikilməyə başlayıb. Lakin layihənin icrası və tikintisi 2016-cı ildən “ALKE İnshaat Senayi və Tijaret”ə ötürülüb. Hazırda binanın daxili döşəməsi və işlərin başa çatdırılması işləri aparılır.

 
 8. “Port Baku Towers” 

“Port Baku Towers” Bakıda, Neftçilər prospektində, dəniz limanının yanında yerləşən yüksək mərtəbəli ofis binasıdır. Kompleksdə iki qüllə mövcuddur. Binada "A" sinif otaqları, ticarət zonaları, beynəlxalq SPA və səhiyyə mərkəzi, restoran, kafe və 1200 avtomobil üçün park yeri var.

9. "Demirchi Tower"

"Dəmirçi Plaza" Xətai metrosunun yanında yerləşən 25 mərtəbəli İş Mərkəzidir. Burada 30 mərtəbəli və ödənişli avtomatik qaraj fəaliyyət göstərir. 

10. “Baku Tower”

Heydər Əliyev prospekti 109 ünvanında inşasına başlanılan “Bakı Tower” 52 mərtəbəli ofis binasıdır. Göydələnin tikintisini "Azvil tikinti MMC" şirkəti aparır. 249 metrlik bu bina Azərbaycanda ən hündür tikililərdən biri olacaq.

 

Qeyd edək ki, Bakıda ən hündür binaların “TOP 10”luğu Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təqdim etdiyi siyahı əsasında hazırlanıb.

Obyektin adı

Hündürlüyü

İnşa edilmə tarixi

1

Teleqüllə

310 m

1979

2

SOCAR Tower

209 m

2015

3

Crescent Development Project

203 m

2016

4

Alovqüllələri

109 m

2013

5

SofazTower

140 m

2014

6

Yelkən Tower

130 m

2014

7

Azərsu ASC

124 m

2015

8

Port Baku Towers 

120 m

2011

9

DəmirçiTower

107 m

2013

10

BakuTower

249 m

2014

Eləcədə Bax: "Tarqovaya" liderliyini əldən verdi - İndi ən bahalı mənzillər bu prospektdədir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256